Daha 2 qatarın xәttә buraxılması noyabrın 8-nә qәdәr tәmin edilәcәk.
Sherg.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev oktyabrın 31-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olarkən məlumat verilib.
Bildirilib ki, yeni qatarlar nәzәrә alınmaqla, Bakı metropoliteninin vaqon parkında innovasiyalar baxımından sonuncu nәslә mәnsub vaqonların ümumi sayı 150-yә çatdırılıb.