Albaniyanın Baş naziri COP29-da iştirak edəcək

Albaniyanın Baş naziri Edi Rama COP29-da iştirak edəcək.
Sherg.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Besart Kadianın etimadnaməsini qəbul edərkən bildirib.

Azərbaycan Prezidenti Albaniyanın Baş nazirinin bir neçə gündən sonra COP29-da iştirak edəcəyini dvurğulayaraq, bütün bunların ölkələrimiz arasında yaxın tərəfdaşlıq əlaqələrini nümayiş etdirdiyini deyib. Ölkələrimizin beynəlxalq səviyyədə bir-birini həmişə dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın təmsil olunmadığı beynəlxalq təşkilatlarda Albaniya hökumətinin mövqeyimizi dəstəkləməsini yüksək qiymətləndirib.