Autizmli oğlan kitab yazdı
Yusif Nəzərli
22:12 04.12.2024
Dünya
569
“Bu xəstəlikdən xilas olmaq lazım deyil”
Autizm xəstəliyi diaqnozu qoyulmuş oğlanın kitab yazması hamını heyrətləndirib. Yeniyetmə Güney Güngörü bu işə həvəsləndirib motivasiya edənsə gənc müəllim Kazım İlkay Poyrazdır. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, 23 yaşlı gənc Kazım Poyraz xüsusi təhsil müəllimidir.
Onu bu peşəyə bağlayansa atasının sinif müəllimi olmasıdır. Kazım İlkay müəllim atasının peşəsi sayəsində müəllimliyə maraq göstərib. Kəndlərdə və uşaqların əhatəsində böyüyən Kazım İlkay orta məktəbin son ilində xüsusi təhsil müəllimi olmağa qərar verib. Xüsusi təhsilin mənəvi və emosional yönləri baxımından çox mənalı bir sahə olduğunu deyən İlkay müəllimin peşə həyatında ən böyük “yaxşılığı” autizmli şagirdinə kitab yazdıraraq arzusunu reallaşdırmaq olub. K.Poyraz tələbəsi Güneyin istedadını görəndə bunun dönüş nöqtəsi olacağını hiss edib. Güneyin zibilliklərdən topladığı kağız rulonlarının içinə prizmalar qoyaraq göy qurşağı rəngləri düzəltdiyini və adi qələmlə cizgi filmi personajlarını çəkə bildiyini müşahidə edib. Bu fərqləri görən müəllim Güneyin kitab yaza biləcəyini düşünüb və onu yaradıcı yazı emalatxanasına yönləndirib. Bu seminar Güney üçün dönüş nöqtəsi olub. Autizm xəstəsi olan Güney Güngör İzmirin Berqama rayonunda doğulub. O, üçuşaqlı bir ailənin iki autizmli uşağından biri idi. İnkişafında müəyyən problemlər olan Güney dörd yaşına qədər danışmayıb. Lakin yaradıcı yazı emalatxanasında aldığı təlim Güneyə türkcə danışıq qabiliyyətini və biliklərini təkmilləşdirməyə və kitab yazmaq qərarına gəlməyə imkan verib. Güneyin kitab yazma prosesini müəllimi belə izah edib: "Güney iki ilə yaxındır mənim tələbəmdir. İlk 2-3 ayı onu tanımağa, ehtiyaclarını müəyyənləşdirməyə sərf etdim. Onun necə bir şəxsiyyət olduğunu anlamağa çalışdım. Güney özünəməxsus şəkildə gözəl şeylər yaradırdı. Onun istedadını görəndə onu kitab yazmağa təşviq etdim. Kitabı yazmağa təxminən bir il əvvəl başladıq. Bütün proses boyunca faktlar və təxəyyülləri birləşdirərək çox uğurlu bir kitab alındı. Bu kitab Güney üçün böyük motivasiya mənbəyi oldu. Güney bu kitabı yazmaqla öz istedadını reallaşdırdı. Qabiliyyətlərini kəşf etdikcə daha da həvəslənirdi. Əvvəllər dərslərə fərqli yanaşan Güney indi türkcə dərslərinin də bir mənası olduğunu anladı və dərslərdə daha çox iştirak edir. O, əvvəllər nitq söyləməyi sevmirdi, amma indi onun kitabı özünə inam mənbəyinə çevrilib”. Müəllim qeyd edib ki, yazı prosesi həm də Güneyə mücərrəd fikirləri konkretləşdirməyə kömək edib. Kitab onun daxili dünyasını əks etdirir. “Biz ona ancaq bu dünyanı yazıb, konkret məhsul çıxarmağa istiqamət verdik", deyən K.Poyraz bu kitabın Güneyin gələcək işində mühüm rol oynayacağını düşünür: “həm tələbəmizi cəmiyyətə inteqrasiya etdik, həm də cəmiyyət qazandı”, söyləyib. Güneyin müəllifi olduğu kitab “Əfsanələrdən faktlara: Ən dəyərli xəzinənin hekayəsi” adlanır. Müəllim qeyd edib ki, autizmli fərdlərdə erkən diaqnoz böyük əhəmiyyət kəsb edir. Bu mövzuda fikirlərini bölüşən Kazım İlkay Poyraz “0-3 yaş arasında diaqnoz qoyulub təhsilə başlansa, fərdlərin cəmiyyətə inteqrasiya sürəti çox yüksək olar. “Ancaq gec fərq edilərsə, onların cəmiyyətə uyğunlaşması xeyli çətinləşir. Bundan əlavə, autizmin bir xəstəlik kimi qəbul edilməməsi gərəkdir. Autizm xilas olmaq lazım gələn bir xəstəlik deyil, sadəcə, onunla mübarizə aparmağı öyrənməliyik”, söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi