ABŞ prezidenti xüsusi nümayəndəsi Stiven Uitkoff Nyu-Yorkda İsrail və Qətər nümayəndələri arasında gizli görüş keçirəcək.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı iki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail nümayəndə heyətinə “Mossad” kəşfiyyat xidməti rəhbəri David Barnea başçılıq edəcək, Qətər tərəfi isə yüksək vəzifəli rəsmiyə tərəfindən təmsil olunacaq.
Portalın qeyd etdiyi kimi, görüşün əsas mövzusu Qəzza sektorundakı vəziyyət və radikal Fələstin hərəkatı HƏMAS-ın silahsızlandırılması məsələsi olacaq.