Göygöldə minik avtomobili aşıb: 1 nəfər ölüb

Göygöl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan Niva markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb.

Nəticədə bir nəfər hadisə yerində həyatını itirib. Qəza zamanı avtomobil ciddi deformasiyaya uğrayıb.

Hadisə yerinə dərhal FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları və polis cəlb olunub. Faktla bağlı araşdırma aparılır.