Almaniya yaxın gələcəkdə Fələstin dövlətçiliyini tanımayacaq

Almaniya, bəzi avropalı tərəfdaşlarından fərqli olaraq, yaxın gələcəkdə Fələstin dövlətçiliyini tanımaq niyyətində deyil.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts İsrail Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında bildirib.

Almaniya hökumətinin başçısı qeyd edib ki, ilk növbədə sülh planını mərhələ-mərhələ həyata keçirmək vacibdir.

"Sonda nə baş verəcəyini bu gün heç kim bilmir. Vəziyyət belə olduğuna görə, Almaniya hökuməti, digər Avropa dövlətlərindən fərqli olaraq, Fələstin dövlətini vaxtından əvvəl tanımaqdan imtina edib. Biz bunu yaxın gələcəkdə etməyəcəyik", - Merts deyib.

Onun fikrincə, hazırda Fələstin dövlətinin yaradılması üçün heç bir şərt yoxdur.