Polşa XİN : “Dmitriyev və Mask Avropanı parçalamağa çalışır”

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev və “Tesla”nın sahibi İlon Maskı Avropanı parçalamaq niyyətində olmaqda ittiham edib.

APA xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsində yazıb.

Sikorskinin sözlərinə görə, hər iki şəxs Avropa ölkələri arasında parçalanma yaratmaqla qitəyə “hakim olmaq və onu istismar etmək” istəyir.