Apple əməkdaşı şirkəti məhkəməyə verib
Apple əməkdaşı şirkəti məhkəməyə verib
Yusif Nəzərli
18:39 04.12.2024
Texnologiya
908
Apple əməkdaşlarından biri şirkəti məhkəməyə verib. Şirkəti məhkəməyə vermiş əməkdaşın sözlərinə əsasən, Apple öz əməkdaşlarını təkcə iş zamanı deyil, şirkətdən kənarda da izləyir.
Sherg.az Technote-a istinadən bildirir ki, şirkətə qarşı məhkəmə iddiasını Amar Bakta adlı Apple əməkdaşı qaldırıb. Amar Bhakta iddia edir ki, şirkət iPhone smartfonları da daxil olmaqla korporativ cihazlar üzərindən öz əməkdaşlarının məlumatlarını əldə edir.
Belə ki, Apple işçilərin şəxsi iPhone cihazlarına şirkət daxili proqram təminatını quraşdırır. Məhkəmə iddiasında qeyd edilib ki, Apple siyasətinə əsasən bu cür cihazlarla əlaqəli olan məlumatlar (elektron poçt, foto, video, qeydlər və s.) Apple tərəfindən ola biləcək axtarış proseslərində istifadə edilə bilər.
Məhkəmə iddiasını qaldırmış Amar Bhakta əmindir ki, Apple öz əməkdaşlarından şirkət siyasətinə riayət etməyi tələb etməklə Kaliforniya ştatının qanunlarını pozur. Məsələ burasındadır ki, şirkətin siyasəti ona əməkdaşların fiziki, video və elektron poçt vasitəsilə izlənməsi və o cümlədən onların cihazlarındakı məlumatların axtarışı imkanını verir.
Apple öz növbəsində qeyd edilmiş məlumatları təkzib edib və onları əsassız adlandırıb. Maraqlısı ondadır ki, bu, Apple şirkətinin daxili qaydaları ilə bağlı ilk hadisə deyil. Belə ki, hələ 2021-ci ildə kütləvi informasiya vasitələri xəbər vermişdilər ki, Apple öz işçilərinə işdə istifadə olunan cihazlarda fərdi hesablara daxil olmağa məcbur edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat