ABŞ-nin Nyu-York ştatının York-İsland bölgəsində tək yaşayan Kelli Uayt adlı 28 yaşlı gənc qadın yutub kanalına video çəkərkən məzmunda istifadə etmək üçün ona gəlincik lazım olub. Gənc qadın mağazadan gəlincik alıb. Gəlinciyin alınmasıyla ana olmaq xəyalları yenidən canlanıb. Qadın arzusunu gerçəkləşdirmək qərarına gəlib və...
“Şərq” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, gənc qadın evlənərək övlad sahibi olmağı deyil, məhz gəlinciklərə “analıq” etmək qərarına gəlib. Bir il ərzində 8 gəlincik alıb və onları özünə “övlad”, özünü isə “ana” elan edib. Gənc qadın 8 gəlinciyə həddindən artıq bağlanıb, onlarsız heç bir yerə getmir, getdiyi yerə isə onları da özü ilə aparır. Kelli Uayt 27-ci ad günündə özünə hədiyyə olaraq gəlincik alıb. Onun qayğısına qalmaq və onunla canlı körpə kimi davranmaq Kelliyə xoş duyğular yaşadıb. Bundan sonra ikinci, sonra üçüncü, beləliklə ümumən 8 gəlincik alıb. Gəlinciklərlə canlı körpə kimi davranan Kelli onları qidalandırmaq üçün xüsusi süd qarışığı hazırlayıb və yedizdirib. 8 “körpə” anası rolunu oynayan K.Uayt hər səhər yuxudan durub onlara yemək yedizdirir, paltar alır, uşaq arabasına qoyub səyahətlərə aparır, hamısını divana qoyub birlikdə cizgi filmlərinə baxır. Kiçik gəlincikləri qonaq otağında beşiklərində yatırdır, böyüklər öz otaqlarında yatırlar. Hamısı axşam saat 19:00-da yatmalıdırlar. Kelli Uayt bir il ərzində aldığı 8 gəlinciyə təxminən 69 min türk lirəsi (2 min dollar) xərcləyib. 28 yaşlı qadının gəlinciklərlə oynaması qəribə görünsə də, gənc qadın bu vəziyyəti o qədər də qəribə görmür. Əsl körpəni övladlığa götürmək üçün işi, qazancı olmalı və yaşayış şəraiti buna uyğun olmalıdır. Amma o, iş tapa bilmir və gəlincikləri ilə ana olmaq arzusunu həyata keçirir. K.Uayt “övladlığa götürdüyüm gəlincikləri əsl körpə kimi sevirəm və onlara bağlanmışam. Ətrafımdakı insanların qəribə baxışlarına əhəmiyyət vermirəm, bəzilərinin bunu anlamamasına təəccüblənmirəm”, deyib.