Orban Zelenskiyə sərt cavab verdi: Macarıstanı qorxutmaq olmaz

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Vladimir Zelenskinin ona ünvanladığı sərt ittihamlara cavab verərək, rəsmi Budapeştin təzyiq və hədələrə boyun əyməyəcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə V.Orban "X" hesabında yazıb.

Baş nazir vurğulayıb ki, ölkəsini hədələmək mümkün deyil: "Macarıstanı qorxutmaq olmaz. Prezidentlər gəlib-gedirlər, şəxsi təhqirlər ola bilər, lakin Macarıstanın ləyaqəti müzakirə mövzusu deyil".

Orban əlavə edib ki, "Zelenski bunu unutmasa yaxşı olar".

Xatırladaq ki, Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışında Macarıstan liderinə işarə edərək kəskin ifadələr işlədib. O bildirib ki, "Avropa hesabına yaşayan, lakin onun maraqlarını satan hər bir Viktor ənsəsinə şilləyə layiqdir".

Bu təhqirlərə cavab verən V.Orban xəbərdarlıq edib ki, zaman hər şeyi öz yerinə qoyacaq və hər kəs layiq olduğu cəzanı alacaq. O, eyni zamanda Ukrayna liderini tənqid edərək, onu "müharibəni dayandıra bilməyən və ya dayandırmaq istəməyən şəxs" adlandırıb.