Gürcüstan və Ermənistanın XİN başçıları görüşdü

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Maltada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində erməni həmkarı Ararat Mirzoyanla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə iki ölkə arasında mövcud dostluq münasibətləri və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər bölgədə sülhün və sabitliyin təşviq olunmasının vacibliyini qeyd ediblər.