COP-29-a hazılıq çərçivəsində Bakı aeroportuna media-tur təşkil olunub

Bu gün Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası"nın Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsinə hazırlıq çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportuna media-tur təşkil olunub.

“APA-Economics” xəbər verir ki, tur zamanı media nümayəndələri COP29-a qatılcaq qonaqların qəbulu ilə bağlı Bakı Hava Limanında aparılan hazırlıq işləri ilə tanış olublar.

Turun sonunda Bakı aeroportunun rəhbərliyi, Dövlət Miqrasiya Xidməti, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİDA) və “Azərbaycan Hava Yolları” QSC-nin rəsmi nümayəndələri və media mənsublarının iştirakı ilə brifinq təşkil olunub.

Brifinq zamanı qeyd olunan qurumlar tərəfindən COP29-a hazırlıq çərçivəsində aparılan işlər və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, media nümayəndələrinin sualları cavablandırılıb.