İranda hərbi posta hücum edildi

İranın Sistan və Bəlucistan əyalətinin Sarbaz rayonunun Sərkur bölgəsindəki hərbi posta silahlı hücum edilib.
Axar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası yerli mənbələrə istinadən məlumat yayıb.
Hazırda silahlı qarşıdurmanın davam etdiyi üçün ölü və yaralı sayı barədə dəqiq məlumat olmadığı bildirilir.