BMT-nin rezident əlaqələndiricisi: Dünyanın diqqətinin Bakıya yönəlməsinə 10 gün qalıb

Bütün dünyanın diqqətinin Bakıda toplaşmasına 10 gün qalıb.

"APA-Economics" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda keçirilən Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda deyib.

O bildirib ki, son 10 ay ərzində mən və həmkarlarım COP 29 prezidentliyinə dəstək olmuşuq ki, onlar ən böyük iqlin konfransının ev sahibliyinə hazır olsunlar.

"BMT 1945-ci ildən bu günə kimi ölkələrin qlobal problemlərinin həllində mühün rol oynayan təşkilatdır. İşimiz hər zaman olduğu kimi BMT nizamnaməsinə və beynəlxalq hüququn dəyər və prinsiqlərinə əsaslanacaqdır" -deyə əlavə edib.