Bakıda Xorvatiyanın tanıtımına həsr olunan görüş keçirilib

Bakıda Xorvatiyanın tanıtımına həsr olunan görüş baş tutub.

APA xəbər verir ki, görüş Xorvatiya səfirliyi və Xorvatiyanın Milli Turizm Şurası tərəfindən təşkil edilib.

Tədbirdə Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic və Xorvatiyanın Milli Turizm Şurasının MDB ölkələri üzrə nümayəndəliyinin direktoru Rajko Ruzicka, Azeri Observer və The M.O.S.T. jurnallarının təsisçisi və baş redaktoru Arslan Abbasov iştirak ediblər.

“Mən altı ildir ki, burada, Azərbaycanda səfir vəzifəmdəyəm Bu ölkəni və insanları sevirəm. Düşünürəm ki, mən sizin ölkənizi və mentalitetinizi, tarixinizi və hər şeyi bildiyimi deyə bilərəm. Səfir kimi mənim məqsədim ilk növbədə iqtisadiyyatın bu sektorunu inkişaf etdirməkdir.”- deyə Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic Bildirib