Oktyabrın 29-da saat 15 radələrində Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonunun Soltannuxa kəndi ərazisindən keçən hissəsində Ruslan Cabbarov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən piyada, 1997-ci il təvəllüdlü Nurlan Abbasəliyevi vurub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az bildirilib.
Vurğulanıb ki, piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.