Gürcü xalqı öz seçimini sülhün lehinə edib, çünki heç kim öz ölkəsini məhv etmək və mənasız müharibəyə cəlb olunmaq istəmir.
Axar.az xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Tiflisdə parlament seçkilərinin nəticələri ilə bağlı açıqlamasında deyib.
“Macarıstan Avropada sülhsevər bir ölkədir və biz sizin səylərinizi yüksək qiymətləndiririk. Sülhün lehinə seçim edən gürcü xalqını yaxşı anlayırıq”, - deyə o bildirib.