ABŞ xüsusi xidmət orqanları Əfqanıstanın şimal rayonlarına İŞİD terrorçularının yerləşdirilməsində təqsirkardır.
Axar.az xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin 5-ci idarəsinin rəhbəri Sergey Beseda deyib. Onun sözlərinə görə, ABŞ bu qruplaşmalardan MDB-nin cənub sərhədlərində, eləcə də gələcəkdə Mərkəzi Asiyada destabilizasiya yaratmaq üçün istifadə edir.
O, MDB-nin kəşfiyyat orqanlarının erkən zamanlardan etibarən təhlükəli tendensiyaları müəyyən edib, xarici qüvvələrin destruktiv təsirlərinə imkan verməməsi gərəkdiyini bildirib.