Haitidə deputat parlamentdə atəş açdı


Haiti Senatında baş nazir seçkiləri zamanı atışma olub.

TASS xəbər verir ki, tapancadan atəşı senatorlardan biri açıb.

Atəş zamanı 2 nəfər yaralanıb: onlardan biri “Associated Press” agentliyinin fotoqrafıdır, digəri isə Senat aparatının əməkdaşıdır.  

Bununla da yeni baş nazirin seçilməsi mərasimi təxirə salınıb.