ABŞ administrasiyası rəsmi Tehranla əhatəli müzakirəyə hazırdır.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib.
O bildirib ki, Tramp mövcud problemin diplomatik yolla həllini istəyir.
ABŞ rəsmisi əlavə edib ki, nüvə razılaşması İranı nüvə strukturları yaratmağa təşviq etdiyindən Tramp bu müqavilədən çıxmaq qərarı verdi.