Ermənistanda keçmiş polis rəisi özünü öldürdü


Ermənistanda Polisinin sabiq rəisi Ayk Arutunyan evində ölü tapılıb.

APA -nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, onun intihar etdiyi bildirilir.

Faktla bağlı Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, A. Arutyunyan 1999-2003-cü illərdə Ermənistanın daxili işlər naziri, 2003-2008-ci illərdə polis rəisi, 2010-2014-cü illərdə isə Ədliyyə Nazirliyinin İstintaq əməliyyat idarəsinin rəisi vəzifələrində çalışıb. Ermənistanda 2008-ci ilin mart hadisələri üzrə ifadə verən şəxslər arasında A. Arutyunyan da olub.