Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Ukraynaya geri qayıtmağa hazırlaşır.
Axar.az xəbər verir ki, bunu Yanukoviçin vəkili Vitali Serdyuk deyib. O, hazırda Yanukoviçin geri dönərkən həbsə düşməməsi üçün çalışdıqlarını bildirib.
Qeyd edək ki, Yanukoviç 2014-cü ildən Rusiyadadır. O, Maydan hadisələrində devrildikdən sonra Ukraynadan qaçıb.