Pakistanda 6.1 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi informasiya yayıb.
Yerli vaxtla 16:01-də qeydə alınan zəlzələ paytaxt İslamabadda da hiss edilib. Zəlzələnin episentri yerin 8 kilometr dərinliyində qeydə alınıb.
Hələlik zəlzələnin fəsadları barədə məlumat açıqlanmayıb.