Böyük Britaniyanın müxalif Leyboristlər Partiyasının lideri Ceremi Korbin baş nazir Boris Consonu istefaya çağırıb.
"Boris Consonu tarixi terminlərdən istifadə edərək "mövqeyindən əl çəkməyə" və hakimiyyətdə ən az olan baş nazir olmağa dəvət edirəm", - deyə C.Korbin bildirib.
C.Korbin həmçinin parlamentin fəaliyyətinin bərpa edilməsini də istəyib.
“Report” xatırladır ki, daha əvvəl Böyük Britaniya Ali Məhkəməsi baş nazir Boris Consonun təşəbbüskarı olduğu parlamentin fəaliyyətinin dayandırılmasını qanunsuz elan edib.