PKK-nın gizli sənədləri ələ keçdi: Məmurlara qarşı sui-qəsd göstərişi verilib


Türkiyənin Mardin bölgəsində keçirilən “Qıran-2” əməliyyatı çərçivəsində terrorçulara məxsus gizli sənədlər aşkar edilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, əməliyyat çərçivəsində ələ keçirilən kompüterdə PKK-nın bölgədə son 20 ildə təşkil etdiyi hücum və fəaliyyətlərin arxivi aşkarlanıb.

Əldə edilmiş materiallar əsasında terrorçulara yüksəkçinli dövlət məmurlarına qarşı sui-qəsdlərlə bağlı göstəriş verildiyi məlum olub.