Əlcəzair hərbi məhkəməsi ölkənin eks-prezidenti Əbdüləziz Buteflikanın qardaşı Səid Buteflikanı 15 il həbs cəzasına məhkum edib.
Axar.az xəbər verir ki, Səid Buteflika ilə birgə Əlcəzair xüsusi xidmət orqanlarının iki keçmiş əməkdaşı və hakim partiyanın keçmiş rəhbəri də saxlanılıb.
Həbs edilənlərin hamısı ordunun avtoritetini məhv etməkdə və hakimiyyət dəyişikliyinə cəhddə ittiham olunublar.
Qeyd edək ki, Əbdüləziz Buteflika cari ilin aprelində istefaya göndərilib.