Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi Aparatının general-mayoru Aleksandr Melnikov saxlanılıb.
Virtualaz.org bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumatda bildirilir ki, Aleksandr Melnikov 100 milyon rublu mənimsəməkdə şübhəli bilinib.
"O, fırıldaqçılıqda ittiham olunub. İstintaq noyabrın 24-nə qədər Aleksandr Melnikov barəsində həbs-qətimkan tədbiri seçilməsini tələb edib”, - deyə agentlik yazıb.