Rusiya prezidenti İrəvanda özünün “Aurus” limuzinində hərəkət edəcək.
Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, onun təhlükəsizliyi İrəvanda ən yüksək səviyyədə təmin olunacaq.
İddia olunub ki, Ermənistanın bəzi xəstəxanalarına yarana biləcək hər hansı fövqəladə vəziyyətlə əlaqədar Putin üçün qan hazırlamaq tapşırığı verilib.
Bu tələbin yalnız Putinə aid olduğu, digər Avrasiya İttifaqı ölkələrinin İrəvana səfər edən liderləri üçün oxşar tapşırıq verilmədiyi açıqlanıb.
Qeyd edək ki, bu gün İrəvanda Aİ Ali Şurasının toplantısı keçiriləcək.