Suriyadan qeyri-qanuni yolla Türkiyə sərhədini keçməyə çalışan İŞİD-in “Tel-Abyad əmiri” H.İ. Şanlıurfanın Akçakale ilçəsində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Axar.az xəbər verir ki, terrorçunun üzərində xeyli sayda sənədlər aşkarlanıb.
Sözügedən şəxs əvvəlcə tibbi yoxlanışdan keçirilməsi üçün xəstəxanaya, daha sonra Şanlıurfa Ədliyyəsinə aparılıb.