ABŞ Prezidenti Donald Tramp, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın noyabrın 13-də ABŞ-ı ziyarət edəcəyini açıqlayıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Twitter hesabından yaydığı paylaşmada, "Bir çoxları Türkiyənin ABŞ-ın böyük bir ticarət ortağı olduğunu unudur. Türkiyə "F-35"lərin polad gövdəsini istehsal edir. Eyni zamanda İdlibdə çoxlu sayda insan həyatın qurtarılmasında mənə yardım etdilər." deyə qeyd edir.
Tramp, onun xahişi ilə amerikalı rahib Andrey Bransonun sağ-salamat evinə döndüyünü ifadə edərək, "Eyni zamanda xatırlayın, daha əhəmiyyətlisi Türkiyə, NATO-un etibarlı bir üzvüdür. O, (Ərdoğan) noyabrda qonağım olacaq" deyə əlavə edib.
Turan