Ermənistan İrana yeni səfir təyin edib

Ermənistan İran, Suriya və Türkmənistana yeni səfirlər təyin edib.

“Report” xəbər verir ki, məlumatı Ermənistan prezidentinin saytı yayıb.

Bildirilib ki, Ermənistanın Türkmənistandakı səfiri Ruben Xazaryan fəaliyyətini Suriyada davam etdirəcək. İrəvanın Tehrandakı səfiri Arsen Avakyan isə Türkmənistanda diplomatik missiyaya başçılıq edəcək.

Bununla yanaşı, Qriqor Akopyan Ermənistanın İranda səfiri olacaq.

Bu barədə Ermənistan prezidenti V.Xaçatryan müvafiq sərəncam imzalayıb.