HƏMAS müvəqqəti atəşkəs təklifini rədd etdi

HƏMAS Qəzzada döyüşlərin dayandırılması üçün müvəqqəti atəşkəs təkliflərini rədd edir, əvəzində davamlı atəşkəsin bərqərar olunmasını tələb edir.
Axar.az xəbər verir ki, bunu yüksək rütbəli HƏMAS rəsmisi Tahir Əl-Nunu AFP-yə açıqlamasında deyib.

“Müharibənin müvəqqəti dayandırılması, hücumları yendidən davam etdirəcək, bu artıq mövqeyimizi ifadə etdiyimiz bir məsələdir. HƏMAS müharibənin müvəqqəti deyil, daimi sona çatmasını dəstəkləyir”, - Əl-Nunu bildirib.