Azərbaycan XİN Fransanın Ermənistandakı səfirinə cavab verib
15:38 31.10.2024
Gündəm
348
Elementar diplomatik etiket qaydalarına əməl etməyi bacarmayan Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsi ilk növbədə Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir.
"Sherg.az" xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistanın “Hetq” media qurumuna müsahibəsində Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialar barədə yerli medianın sualına cavabında əksini tapıb.
"Müsahibədə Azərbaycan ərazisində işğala və separatçılığa son qoyan tədbirlərin hədəf alınması, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına yanlış istinadlar, Ermənistanın “yarımçıq sülh” fikirlərini dəstəkləyən açıqlamalar və bir sıra digər absurd yanaşmalar ilk növbədə Fransa tərəfinin reallıqları necə təhrif etdiyini, bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirir.
Fransanın bölgədə eskalasiyanı davam etdirməyə yönələn davranışları və təxribatları bu ölkənin həm münaqişə, həm də postmünaqişə dövründə güddüyü niyyətin və apardığı siyasətin əsl mahiyyətini sübut edib", - XİN-dən bildirilib.
Oxşar xəbərlər
UNECE rəsmisi: Orta Dəhlizin “yaşıl dəhliz” kimi inkişafı Azərbaycan üçün böyük imkandır
14:44 09.09.2026
“Daha çətin olan şimal sərhədindən başlayacağıq” - Nazir delimitasiyanın DETALLARINI AÇIQLADI
13:54 09.09.2026
Xəbər lenti
Hamısına bax
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya