“Son 4 ildə Türkiyədə 7500, ölkə sərhədlərindən kənarda 8500, ümumilikdə 16 min terrorçu məhv edilib”.
APA -nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə Prezidenti bildirib ki, 5500 İŞİD-çi haradan gəlmişdisə, ora da göndərilib.
Ərdoğan qeyd edib ki, “Barış bulağı” hərəkatının məqsədi Suriyanın ərazi bütövlüyünə dəstək verməkdir.