Ukrayna Daxili İşlər naziri Arsen Avakov və digər bütün nazirlər hazırda sınaq müddətindədirlər.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bu gün keçirdiyi media-marafonda deyib.
“Mən ona heç nəyə görə borclu deyiləm. Doğrusunu desəm, sınaq müddəti var. Biz DİN-də yeni simalar görmək istəyirik”, – deyə o bildirib.