Suriyanın şimal-şərqindəki Təl-Əbyad rayonu qismən Türkiyə Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Trend-in məlumatına görə, hazırda Türkiyə Ordusu yerli qüvvələrin dəstəyi ilə rayon mərkəzini terrorçulardan təmizləyir.
Əməliyyat zamanı aviasiya, artilleriya ilə yanaşı pilotsuz uçuş aparatlarından da istifadə edilir.
Qeyd edək ki, oktyabrın 9-da Türkiyə Ordusu Suriyanın şimal-şərqində əməliyyatlara başlayıb.