BMT-də Türkiyənin Suriyada keçirdiyi “Sülh çeşməsi” əməliyyatına görə təcili iclas keçirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iclasda fikir ayrılıqları birgə sənədin qəbul olunmasına imkan verməyib.
Türkiyənin cəzalanmasını tələb edən ölkələr sırasında İsrail, Səudiyyə Ərəbistanı, Misir, Ermənistan, Kipr və Yunanıstan yer alıb. Amma Ankaraya qarşı iqtisadi sanksiyaların tətbiq olunmasına qarşı çıxan ABŞ və Rusiya yekun sənədin qəbul olunmasına mane olublar.
Hər iki ölkə Ankaraya qarşı hər hansı məhdudiyyətlərin tətbiq olunmasına qarşıdır.