Ermənistanda təsadüfən olub-olmadığı bilinməsə də avtomobil piyadanı vurub. Nəticədə piyada ciddi xəsarət alıb. Piyadanın kimliyi isə maraq doğurub. Belə ki, xəsarət alan şəxs erməni hökumətinin casusu Styopa Səfəryan olub.
Axar.az xəbər verir ki, Ermənistan mətbuatı Səfəryanın hadisə yerində telefonunu itirdiyini yazıb. Bundan bir neçə saat sonra isə onun hökumət üzvləri və şəxsən Nikol Paşinyanla gizli yazışmaları sosial şəbəkələrdə yayılıb.
Səfəryanın Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Vladimir Karapetyanla yazışmasından:
Səfəryan: 20 saxta xəbəri saxlayıram, artıq məndə bölünmə baş verir, dostum, nəsə edin, Sedanın (erməni porno ulduz Seda, Səfəryanın bacısı) məsələsini həll edin.
Karapetyan: Bunu necə təsəvvür edirsiniz, büdcədən verməli deyilik ki?
Səfəryan: Qurbanlara (1 mart hadisələrinin qurbanları nəzərdə tutulur – red.) 25 milyon söz verilib, bir az əlavə edin, qoy Seda onlarla danışıb əlavəni götürsün.
Karapetyan: Yaxşı, indi onunla (Nikol Paşinyan) danışım, görüm nə deyir.
Səfəryan: Yaxşı.
Karapetyan: “Bratan”, danışdım. Dedi ki, 30 eləyək, siz də öz 5-nizi götürün, ancaq bunu da yoldaşlarla bölüşün.
Səfəryan: Bəli, əlbəttə.
Karapetyan: “Bratan”, Canquya da oradan verilməlidir (Söhbət vergi idarəsinin rəisi Qarik Cangiryandan gedir).
Səfəryan: Bu əclafa nəyə görə? O öz danışığı ilə daha çox ziyan vurur. Onu məndən uzaq tutun, prokuror olmaq istəyirsə, qoy, özü üçün qazansın.
Karapetyan: Yox, artıq həll edilib. Bir ildən çoxdur nəsə əldə etmək üçün “bir yerini” də verməyə hazırdır.
Səfəryan: Bütün bunların boşa gedəcəyini anlamırsınız? Əgər belə davam etsə, məndən başqa heç kim sizin barənizdə düşünməyəcək.
Karapetyan: Nə etmək olar, bu “psix”lə (söhbət baş nazirdən gedir) heç nə etmək olmaz.
Səfəryan: Bəs “ded” (Levon Ter-Petrosyan nəzərdə tutulur) nə deyir?
Karapetyan: “Ded” kefsizdir. Deyir, Nikolu ulduz xəstəliyi pozdu, həmişə sözə qulaq asmır. İndi başa düşür ki, “ded”in məsləhəti olmadan heç nə alınmayacaq.
Səfəryanın Nikol Paşinyanla yazışmasından:
Paşinyan: Styopa, Robertə köklən (Robert Köçəryan). Onunla məşgul ol.
Səfəryan: Yaxşı, cənab baş nazir, sabah Seda “Azadlıq” radiostansiyasında danışacaq.
Beləliklə, artıq sosial şəbəkələrin erməni istifadəçiləri Paşinyanı dövlət əleyhinə alçaqlıqda ittiham edirlər. Yazışmalardan belə qənaətə gəlmək olar ki, Paşinyan və çevrəsi baş nazir kreslosuna heç bir təhdid yaranmaması üçün dövlətin pullarını kimə gəldi verirlər. Məlum olur ki, Nikol Paşinyan hər şeyi “ümumerməni ded”i Levon Ter-Petrosyanla razılaşdırır. Paşinyanın yaxın çevrəsi isə onu psixi cəhətdən sağlam olmayan şəxs kimi tanıyır.