“Sülh çeşməsi”ndə mühüm uğur: Kritik nöqtəyə çatdılar

“Sülh çeşməsi” əməliyyatı çərçivəsində Suriya Milli Ordusu (keçmiş Azad Suriya Ordusu) strateji nöqtəyə çatdığını açıqlayıb.

Axar.az xəbər verir ki, təşkilat Menbiçdən Qamışlıya qədər M4 avtomagistralına çatdığını bildirib.

Qeyd edək ki, Türkiyə ABŞ-la həyata keçirilən təhlükəsiz bölgə görüşlərində TSQ nəzarətində olan təhlükəsizlik sərhədinin Suriyanın 32 kilometr dərinliyində olacaq M4 avtomagistralından keçəcəyini bildirmişdi.