Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


ABŞ-ın Kaliforniya ştatının qubernatoru Gavin Nyuvsom, şənbə günü heyvanların qorunmasına yönəlmiş bir sıra tədbirlər, o cümlədən xəz məhsullarının satışına və istehsalına qoyulan qadağa, həmçinin heyvanların sirklərdə istifadəsinə dair bir sıra sənədlər imzalayıb.

Trend-in məlumatına görə, Gavin Nyuvsom bunları deyib: "California heyvanların rifahı məsələlərində liderdir və bu gün biz xəz satılmasına qadağa qoyuruq. Ancaq daha da irəli gedirik. Dünyaya deyirik ki, ayı və ya pələng kimi gözəl vəhşi heyvanlar keçidlərdə sürüşməməli və sirklərdə atlanmamalıdırlar"deyə o bildirib.

Kaliforniya, ABŞ-da xəz məhsullarının satışını və istehsalını qadağan edən ilk ştat olacaq. Qanun 2023-cü ildə qüvvəyə minəcək.