Türkiyə hərbçiləri Suriyanın Ras əl-Eyn şəhərinin cənubunda yoxlama-kəşfiyyat fəaliyyəti zamanı rejim qüvvələrinə aid olduqlarını bildirən 18 nəfəri ələ keçirib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik məsələ ilə bağlı Rusiyanın səlahiyyətli şəxslərinə məlumat verildiyini bildirib.