İran Suriyada hərbi mövcudluğunu Suriya hakimiyyətinin ondan qalmağı tələb etdiyi ana qədər qoruyub saxlayacaq.
Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
“İran və Rusiya Suriya hökumətinin dəvəti əsasında oradadır. Biz Suriya hökumətinin bizə izn verdiyi ana qədər orada qalacağıq”, – deyə o bildirib.