Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın ABŞ-ın Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” və sanksiyalara dair qanun layihəsini qəbul etməsinə sərt reaksiya verib.
Türkiyənin Suriyada hərbi əməliyyata başlamasının ardından hərəkətə keçən ABŞ Nümayəndələr Palatası ermənilərə 1915-ci il hadisələri zamanı soyqırımı edildiyi iddiasını təsdiqləyən qanun layihəsini qəbul edib. Sonra səsə qoyulan qanun layihəsi təsdiqlənib.
Sosial mediada buna sərt reaksiya verən Kalın ABŞ-ın utancverici tarixinə baxmalı olduğunu söyləyib:
“ABŞ Nümayəndələr Palatasının “erməni qanun layihəsi” tarixin siyasətə alət edilməsinin utancverici nümunələrindən biridir. Türkiyəni soyqırımında günahlandıranlar əvvəl öz tarixlərinə, sonra isə dəstəklədikləri Asala və PKK terror təşkilatlarının qanlı keçmişinə baxsınlar”.