ABŞ Suriyada cəmi 900 əsgər saxlamaq fikrindədir.
Axar.az xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” yayıb.
İddiaya görə, Deyr əz-Zorda 250 əsgər qalacaq, ancaq sonradan neft yataqlarını qoruyacaq hərbçilərin sayı 500 nəfərə qaldırılacaq. Suriyanın cənubundakı Ət-Tanf bölgəsi də nəzərə alınacağı təqdirdə, ümumilikdə ölkədə cəmi 900 əsgər saxlanılacağı gözlənilir.