"Çin xalqı kommunizmi istəmir". Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
“Çin Kommunist Partiyası öz xalqına və dünyaya tam başqa idarəçilik modeli təqdim edir. Bu, leninizmin bir partiyasının idarəetməsidir hansı ki, burada hər kəs kommunist elitanın arzuladığı kimi düşünməli və hərəkət etməlidir. Bu mənim və digər demokratiyaların istədiyi gələcək deyil. Bu, Çin xalqının istədiyi gələcək də deyil. Azadlıqsevər Çin xalqı bu modeli istəmir.
İndi biz bilirik ki, Çin bizim milli təhlükəsizliyimizə təhdiddir, bizim strateji obyektlərimizə təhdid olan assimetrik silahlar hazırlayır”, – deyə o bildirib.
Pompeo ABŞ-ın Çinlə işləməyə hazır olduğunu deyib:
“Biz istərdik ki, Çin uğurlu olsun. Biz şəffaf, rəqabət qabiliyyətli, bazar sistemi olan Çin istəyirik”.