Akar Suriyadakı əsgərlərə səsləndi: Hazır olun!

Türkiyənin İŞİD-lə mübarizəsini görməmək tamamilə kor olmaq, cahillik və inaddır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar Suriya sərhədində apardığı yoxlamalar zamanı deyib.

Yoxlamalar zamanı Akar həmçinin rabitə vasitəsilə Tel-Abyaddakı türk əsgərlərinə müraciət edib:

“Burada heç nə bitməyib, hər an hər şey ola bilər. Ona görə də hər kəs hazır olmalıdır”.