Amerikalı yutuberdən unikal təşəbbüs: “Abunəçilərdən 20 milyon dollar yığıb, dünyanı...”

 
Amerikalı yutuber Bist unikal təşəbbüslə çıxış edib. 
«Sherg.az» « Lefigaro.fr»ə istinadən xəbər verir ki, «Youtube » kanalında 20 milyon izləyicisi olan cənab Bist izləyicilərinə bildirib ki, dünyanı, insanları, təbiəti ekoloji bəlalardan xilas etməyin zamanı çoxdan yetişib.

Ona görə də təklif edirəm ki, hər izləyicim başlatdığım abunə kampaniyasına qoşularaq bir dollar yatırsın : »Həmin yığılan 20 milyon dollara ağac tingləri alıb, 20 milyon ağac əkmək mümkündür.

Artıq bu yöndə işlərin müəyyən hisəssini görmüşəm. «Arbor ADay Foundation» adlı ağacəkmə assosiasiyası ilə əməkdaşlığa dair razılığa gəlmişək».

Bundan başqa cənab Bist bəyan edib ki, hazırda abunə kampaniyasına 12,8 milyon adam qatılıb və hesaba 12,8 milyon dollar vəsait yığılıb: 
«Yutub kanalım üzərindən başlatdığım bu kampaniyanı oktyabrın 25-dən etibarən start götürüb.

2020-ci ilin yanvarına qədər davam edəcək. Kampaniya «  #TeamTrees » həştəqi və «Torpağı xilas edək, o yalqızdır» şüarı adı altında yaradılıb. Bütün izləyicləri əmin edirəm ki, həmin ağaclar mütləq əkiləcək. Özü də onlar yalnız Amerikada deyil, dünyanın əksər ölkəsində əkiləcək. Mən sizə güvənərək bu təklifi irəli sürdüm».