Amerika prezidenti Donald Trampla Fransa lideri Emmanüel Makron arasında görüş baş tutacaq.
«Sherg.az» «Lefigaro.fr»ə istinadən xəbər verir ki, bu barədə dünən E.Makron öz «Twitter » hesabında yazıb. O, bildirib ki,görüş dekabrın 4-də Londonda NATO-nun zirvə görüşündən əvvəl keçiriləcək və əsasən Suriya, İran, NATO məsələləri müzakirə olunacaq:
Bu axşam ABŞ prezidenti Donald Trampla telefonla çox mükəmməl müzakirəmiz oldu. Suriya, İran və NATO-dan danışdıq. Bu yaxınlaşma bizə çox mətləbləri xatırlatdı. Qərara gəldik ki, bu məsələlər ətrafında NATO-nun zirvə görüşündən geniş fikir mübadiləsi aparmaq lazımdır».