Avropa İttifaqı (Aİ) İsraillə Fələstin arasındakı gərginliyin təcili səngiməsinə dair çağırış edib.
«Sherg.az» «lefigaro.fr»ə istinadən xəbər verir ki, İsrailin Qəzza zolağına açdığı raket atəş ilə başlanan gərginlik getdikcə şiddətlənib:
Bu səngimə indi mütləqdir. İsrail və Fələstindən olan sivil vətəndaşların təhlükəsizliyini təmin etmək gərəkir. Bu barədə Avropa İttifaqının ali nümayəndəsi Federika Moqerininin sözçüsü Maya Kosijansik bildirib.
O qeyd edib ki, sivil vətəndaşlara qarşı raketlərdən istifadə qəbuledilməzdir, mütləq şəkildə bunun qarşısı alınmalıdır. Aİ bu məsələdə Misirin mövqeyini dəstəkləyir. Misir hökumətinin də bəyan etdiyi kimi, İsrail-Fələstin münaqişəsi diplomatik və ya siyasi yolla həllini tapmalıdır.
Qeyd edək ki, bu gün səhər saatlarında İsrail ordusu Qəzzada yüksək rütbəli islam mücahidini və başq sivil fələstinli kişini qətlə yetirib. Məhz bu hadisədən sonra Qəzzadan İsrail istiqamətinə 50 yaxın raket atılıb.
Fələstin tərəfi isə Aİ-nin məlum addımının əhəmiyyətsiz olduğunu bəyan edib və bunu ikiüzlü çağırış adlandırıb. Fələstin diqqətə çatdırıb ki, qarşıdurmanı Fələstin yox, İsrail başladıb. Ona görə, bütün çağırışlar məhz rəsmi Təl-Əvivə olunmalıdır.