Qadın hüquqlarının qorunması üçün 9 milyard dollar vəd edilib.
«Sherg.az» «sciencesetavenir.fr»ə istinaəıdn xəbər verir ki, bir neçə ölkə və təşkilat Kenyanın paytaxtı Nayrobidə keçirilən konfransda növbəti 10 il ərzində qadınların reproduktiv hüquqlarını, o cümlədən cinsiyyət orqanlarını, cinsiyyət zorakılığını və ana ölümlərini aradan qaldırmaq üçün 9 milyard dollar xərcələyəcəkləri öhdəliyini götürüblər.
Bu vəd Birləşmiş Millətlər Fonunun təşkil etdiyi konfransda verilib. Təşkilatçı ölkələr olan Kenya və Danimarka bəyan ediblər ki, Fransa da (908 millions avro verəcək) daxil olmaqla dünyanın 160 ölkəsi bu prosesə dəstək verəcəyini bəyan edib. Hələlik bu il üçün ümumilikdə 9 milyard dollar 9 yığılacaq.
Fondun rəhbəri Artur Erkənin sözlərinə görə, proses 10 il müddətinə davam edərsə, mövcud problemlərin aradan qalxması üçün 222 milyard dollar toplana bilər:
İlk dəfə bu məsələ ilə bağlı konfrans 1994-cü ildə Qahirədə keçirilib. 25 ildən sonra həmin problemlər yenə də mövcuddur və ona görə də Nayrobidə buna bənzər konfrans düzənləndi.
Baxın, 1994-cü ildə ən az inkişaf etmiş ölkələrdə qadınların 6-dan çox uşağı olurdu. Bu gün isə 1-2 uşaq sahibi olurlar. Düzdü, o vaxt dünyada gün ərzində 1600 qadın öldürülürdü, amma indiki dönəmdə bu rəqəm 800-ə enib, amma biz bunu da azaltmalıyıq.